XƏBƏRLƏR / Ticarət

Azərbaycanın Mərkəzi Asiyaya ixracı 5%-dən çox artıb

Məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilib

Azərbaycanın Mərkəzi Asiyaya ixracı 5%-dən çox artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Mərkəzi Asiyaya qeyri-neft və qaz ixracı 5%-dən çox artıb.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadənin sözlərinə görə, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xarici ticarət dövriyyəsi 1,8 milyard dollara çatıb. Azərbaycan məhsulları Qazaxıstan və Özbəkistan bazarlarına fəal şəkildə daxil olur.
    "2025-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycan iqtisadiyyatında Mərkəzi Asiya ölkələrindən birbaşa xarici investisiyaların artımı qeydə alınıb.
    Xüsusilə, investisiyaların ən böyük payı Qazaxıstan və Qırğızıstandan gəlib. Bundan əlavə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan Mərkəzi Asiya ölkələrinə 41,7 milyon dollar birbaşa xarici investisiya yatırıb", - deyə Nicat Hacızadə beynəlxalq konfransda bildirib.