XƏBƏRLƏR / İdman

Azərbaycanlı futbolçu İrəvanda

27 yaşlı Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda çıxış edir

Azərbaycanlı futbolçu İrəvanda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Ermənistanın paytaxtı İrəvana gedib.

    İrəvan Futbol Akademiyasının stadionunda məşq edən futbolçu orada lentə alınan fotolarını sosial şəbəkə hesabında paylaşıb.

    Qeyd edək ki, 27 yaşlı Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda çıxış edir. Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın "Ararat-Armenia" klubu ilə oynayacaq. Azərbaycanlı futbolçunun İrəvana səfəri məhz bu oyunla bağlıdır.