BLOQ

Bakı Ankara ilə qaz təchizatçısı kimi mövqeyini gücləndirir

Rusiyanın Yaxın Şərq İnstitutunun analitikləri belə hesab edirlər

Bakı Ankara ilə qaz təchizatçısı kimi mövqeyini gücləndirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Türkiyə ilə yeni saziş sayəsində Avropaya əsas qaz təchizatçısı kimi vövqeyini gücləndirir.

    Azərbaycan və Türkiyə strateji enerji tərəfdaşlıqlarını gücləndirirlər ki, bu da Cənubi Qafqazda və Avropa qaz bazarında güc balansını dəyişdirə bilər. Bu, Moskvada yerləşən Yaxın Şərq İnstitutunun analitiklərinin gəldiyi nəticədir. İyun ayında imzalanan müqavilə 2029-cu ildən başlayaraq 15 il müddətinə Türkiyəyə 33 milyard kubmetr Azərbaycan qazının tədarükünü nəzərdə tutur. Qaz "Abşeron" yatağından Cənub Qaz Dəhlizi infrastrukturu vasitəsilə tədarük ediləcək.

    Mütəxəssislərin fikrincə, müqavilə Bakıya Avropaya əsas qaz tədarükçüsü statusunu möhkəmləndirməyə, ixracatı genişləndirməyə və uzunmüddətli satışları təmin etməyə imkan verəcək. Eyni zamanda, Türkiyə Xəzər regionu ilə Avropa bazarları arasında əsas enerji mərkəzi kimi mövqeyini gücləndirir. Tədqiqatın müəllifləri hesab edirlər ki, Bakı ilə Ankara arasındakı enerji ittifaqı Cənubi Qafqazın yeni geosiyasi arxitekturasında ən vacib amillərdən birinə çevrilir və hər iki ölkənin Avropaya enerji təchizatı marşrutlarına təsirini gücləndirir.