XƏBƏRLƏR / Təhsil

Bakıda Türkiyə-Azərbaycan Universiteti (TAÜ) açılıb

TAÜ-nün məqsədi ixtisaslı mütəxəssislər hazırlamaq və Türkiyə və Azərbaycanın elmi potensialını birləşdirməkdir

Bakıda Türkiyə-Azərbaycan Universiteti (TAÜ) açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti R.T.Ərdoğan və Azərbaycan dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakıda Türkiyə-Azərbaycan Universiteti (TAÜ) açılıb. 86 tələbə üç mühəndislik ixtisası üzrə təhsilə başlayıb: kompüter, sənaye və qida mühəndisliyi.

    Universitet Azərbaycan Texniki Universiteti və Türkiyənin üç aparıcı universiteti - ODTÜ, İTÜ və Hacettepe ilə əməkdaşlıq əsasında yaradılıb və hər biri ixtisaslardan birinə nəzarət edir.

    TAÜ-nin məqsədi ixtisaslı mütəxəssislər hazırlamaq və Türkiyə və Azərbaycanın elmi potensialını birləşdirməkdir.