Balasanyan İrəvanda silahını təhvil verdi
Bu barədə Ermənistan KİV-ləri xəbər verir
Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan barəsində yeni xəbər var.
Ermənistan KİV-ləri xəbər verir ki, Vitali Balasanyan İrəvanda özünü mərkəzi polis idarəsinə təqdim edərək “Makarov” tapançasını təhvil verib.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, bu hadisə ilə bağlı 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb: “Silahların qanuni olması aydınlaşdırılır”.