XƏBƏRLƏR / Siyasət

Bayden Zelenskini Ağ Evə dəvət edib

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin deyib

Bayden Zelenskini Ağ Evə dəvət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.

    Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı açıqlamasında bildirib.

    Açıqlamada iki dövlətin liderlərinin Ukraynanın cari ehtiyaclarını və kritik anda ABŞ-ın davamlı dəstəyinə həyati ehtiyacı müzakirə edəcəkləri qeyd olunub.

    Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Co Bayden ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq niyyətindədir.

    Volodimir Zelenskinin Vaşinqtona əvvəlki səfəri sentyabrın 21-də baş tutub. Ukrayna Prezidenti ABŞ-ın paytaxtına BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etdikdən sonra gəlmişdi.