
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanən Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ölənlərin ikisi uşaq olub. Hücumda 110 nəfər yaralanıb. Yaralılardan da 18 nəfərinin uşaq olduğu bildirilib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qlatkov bildirib ki, raketlər yaşayış ərazisinə düşüb, 40 mülki obyektə ziyan dəyib.