XƏBƏRLƏR / Hadisə

Bərdədə yanğın zamanı 5 yaşlı uşaq ölüb FOTO

Faktla bağlı araşdırma aparılır

Bərdədə yanğın zamanı 5 yaşlı uşaq ölüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.

    Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

    Belə ki, Mirzəyev Elmir Əsgər oğluna məxsus ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Alov söndürülüb. Hadisə nəticəsində 2019-cu il təvəllüdlü Həsənov Rəfayıl Rauf oğlu Bərdə Rayon Mərkəzi Xəsdəxanasında dünyasını dəyişib. İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.