XƏBƏRLƏR / Siyasət

Bəşər Əsəd Məsud Pezeşkianla telefonla danışıb

İran və Suriya prezidentləri bölgədəki son gərginliyi müzakirə ediblər

Bəşər Əsəd Məsud Pezeşkianla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və Suriya prezidentləri Məsud Pezeşkian və Bəşər Əsəd arasında telefon danışığı olub.

    Suriya Prezidentinin ofisindən verilən məlumata görə, tərəflər “terrorizmlə mübarizəni” müzakirə ediblər.

    Tehran son hadisələrlə bağlı Suriyaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Əsəd İranın dəstəyini yüksək qiymətləndirib və ikitərəfli əməkdaşlığı “region qarşısında duran problemlərin həllində əsas amil” adlandırıb.