Bir daha Ermənistan-Azərbaycan sülh müqaviləsi barədə
Londonda keçiriləcək görüşün təxirə salınmasına kim səbəb oldu?
ABŞ Dövlət Departamentinin rəhbərinin Avrasiya üzrə köməkçisi O'Brayen Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin "dərhal" imzalana biləcəyini söyləmişdi...
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında Londonda keçirilən görüşün uğursuzluğa düçar olmasına ABŞ heç bir şəkildə reaksiya vermədi... Niyə? Axı ABŞ tələsirdi, hətta Vaşinqtonda tələsik, faydasız iclas keçirdilər...
Heç kimin ağlına gəlmədi ki, uğursuz görüş barədə ingilislərdən soruşsun? Axı kim görüşdən imtina etdi? Bəs britaniyalıların özləri görüşü necə təşkil etməyi planlaşdırırdılar?
ABŞ-a qayıdaq...
Şayiələr var ki, Kamala Harris seçkidə qalib gəlsə, bütün bloku - Dövlət Departamentinin rəhbərini, milli təhlükəsizlik müşavirini, müdafiə nazirini işdən çıxaracaq... Yəni, onun öz komandası var. Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşları seçkidən sonra, nəticədən asılı olmayaraq, artıq işlə təmin olunmaq barədə düşünürlər...
Baydenin prezidentlik yarışından geri çəkildiyini elan etdikdən sonra ABŞ Dövlət Departamentinin bütün təşəbbüsləri aktuallığını itirir. İndi Dövlət Departamenti bütün konstruktivliyini itirib, lakin zərər və fitnə-fəsad törətmək potensialını özündə saxlayır...