"Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm"
Bu bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus müharibəyə hazırlaşır.
"Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" - bunu mən icad etməmişəm . Bu çox düzgün deyilib", - Lukaşenko bildirib.
O əlavə edib ki, ölkədə müdafiəyə hazırlığın artırılması üçün hərbi hissələr hazırlanır, silah və texnika verilir.