Şahbaz Şərif Azərbaycana gəlib FOTO
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

18:40
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
09:49
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-25-də Azərbaycan Respublikasına ikigünlük dövlət səfərində olacaq.
Bu barədə Pakistan XİN-i məlumat yayıb.
Bu, Şahbaz Şərifin 2024-cü ilin martında vəzifəyə başladıqdan sonra Azərbaycana ikinci səfəridir. Onu baş nazirin müavini/xarici işlər naziri Məhəmməd İshaq Dar və Nazirlər Kabinetinin digər əsas üzvləri də daxil olmaqla yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək ki, bu da Pakistanın Azərbaycanla əlaqələrini dərinləşdirməyə olan güclü öhdəliyini əks etdirir.
Səfər zamanı hər iki tərəf, xüsusilə enerji, ticarət, müdafiə, təhsil və iqlim sektorlarında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaq. Səfər zamanı iki tərəf arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə bir sıra sazişlərin imzalanması gözlənilir.
Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərə səfər edəcək, onun Füzulidə olacağı bildirilir.