BQXK hərbi cinayət törədən ermənilərə baş çəkib
Saxlanılan şəxslərə ailələri ilə əlaqə üçün şərait də yaradılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda qeyd olunub.