XƏBƏRLƏR / İctimaiyyət

Bu gün Fətəli Xan Xoyskinin anım günüdür

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi erməni daşnakları tərəfindən namərdcəsinə arxadan güllələnmişdir

Bu gün Fətəli Xan Xoyskinin anım günüdür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Azərbaycan dövlətinin qurucularından biri Fətəli Xan Xoyskinin anım günüdür.

    1875-ci il dekabrın 7-də hüquqşünas, Rusiya İmperiyası Dövlət Dumasının 2-ci çağırış deputatı, sonralar azərbaycanlı siyasətçi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olmuş Fətəli Xan Xoyski anadan olub.

    Fətəli Xan Xoyski Şəki şəhərində kazak alayının mühafizəçi polkovniki İsgəndər xan Xoyskinin ailəsində anadan olub.

    Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Tiflisə köçmüş, 1920-ci il iyunun 19-da Tiflisin İrəvan meydanında ermənilərin "Nemezis" terror dəstəsinin iştirakçıları , Daşnaksütyun partiyasının üzvləri, Aram Yerkanyan və Misak Qriqoryan tərəfindən namərdcəsinə arxadan güllələnib. 

    O, Tiflisdə müsəlman qəbiristanlığında Azərbaycan dramaturqu M.F.Axundovun məzarının yanında dəfn edilib.