16:45
Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Ələddin Həzi oğlu Həziyev və Zuar İmamqulu oğlu Sadıqov Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.
Əvvəlcə İşıqlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Ələddin Həziyevin və Zuar Sadıqovun nəşləri hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Ələddin Həziyev və Zaur Sadıqov 1973-cü ildə İşıqlı kəndində kəndində anadan olublar. Onlar Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıblar. 1993-ci ildə Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüblər. Onların şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.
***
14:25
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Şirvan oğlu Cəfərovun nəşi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunub.
Əvvəlcə Əbdürrəhmanlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Rafiq Cəfərov hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Rafiq Cəfərov 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1993-ci ildə Cuvarlı və Aşağı Əbdürrəhmanlı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.
***
12:56
Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.
R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq
2 dəqiqə