BLOQ

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür

Bənzəri olmayan aktyor idi, yüksək əxlaqi keyfiyyətilə seçilirdi, xalq tərəfindən sevilirdi…

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.

    Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.

    1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

    Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.

    Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.

    "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.

    Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollar da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün, gecəyarısı" kimi filmlərdə o, epizodik rollar oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.

    1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

    29 mart 2026-cı ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilib.