Britaniya səfiri jurnalistləri 150 illik yubiley münasibətilə yığıb başına, azərbaycanca o ki var danışıb. Ki, bisavadlar da anlasın, ki heç kimsə sözünü yanlışa yozmasın.
Nə deyib? Deyib, bu ölkədə mətbuat azadlığına ciddi maneələr var! Düz danışan həbs olunur, peşəkarların dili kəsilir və s.
Bu mötəbər dəvətdən şərəfyab olan, dolayısıyla “kölə”, “qorxaq”, “yalançısız” ittihamını qəbul edənlər quzu kimi səfiri dinləyib, axırda səfirlə şəkil də çəkdirib dağılışıblar. Dövlətdən ev, mükafat, təqaüd alıb özünü “Əkinçi”nin varisi sayanları deyirəm.

O vaxt həmkarları tutulanda hakimiyyətə qarşı səs qaldırmağa cürət etməyib susdular. İndi hakimiyyəti hədəf alan ingilisin də qarşısında cınqırları çıxmadı. Daha bunun harası Əkinçi oldu?!
Ona görə də, əzizlərim, Zərdabinin ruhu ilə işiniz olmasın, çünki… “…Bir gün Şeyx Nəsrullah gəlib duracaq başınızın üstündə və uca səslə çağıracaq: Nə əksəniz, onu da biçəcəksiniz"…