XƏBƏRLƏR / Qonşular

Buğda yüklü qatar Azərbaycandan keçməklə Ermənistana çatıb

Bu barədə Ermənistan hökuməti məlumat yayıb

Buğda yüklü qatar Azərbaycandan keçməklə Ermənistana çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyadan gələn taxıldan sonra Qazaxıstandan idxal olunan buğda da Ermənistana çatıb.

    Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

    Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, yük tranzit olaraq Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçib.

    Qeyd edək ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar noyabrın 6-sı Azərbaycandan Ermənistana yola salınıb.