BLOQ

"Bura türk yurdudur. Onlar qədim zamanlardan orada yaşayıb"

Azərbaycana VII əsrdə səyahət etmiş Ubeyd ibn Şəriyyə əl-Curhumi şahidlik edir

"Bura türk yurdudur. Onlar qədim zamanlardan orada yaşayıb"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İbn Hişamın (IX əsrin məşhur ərəb tarixçisi) əsərində bütün türklərin Qafqaza və Azərbaycana gəlmə olduqları haqqında müasir uydurma avromərkəzçi  konsepsiyanı təkzib edən dəyərli faktlar verilmişdir.

    Qeyd edək ki, Əbu Məhəmməd, Əbdül-Məlik ibn Hişam ibn Əyyub, əl-Humeyri (Himyari), əl-Bəsri (hicri 218/miladi 833-cü ildə vəfat edib) İslam aləmində ən məşhur “Peyğəmbərin tərcümeyi-haıl” kitabının müəllifidir. 

    İbn Hişam “Himyar padşahlarının tacları kitabı” əsərində Xəlifə Müaviyə İbn Əbu Sufyan (661-680-ci illərdə hökmranlıq etmiş) ilə Şərqdə uzun bir səyahətindən yenicə qayıdan səyyah əl-Curhumi (Ubeyd ibn Şəriyyə əl-Curhumi) arasında olan dialoqdan bəhs edir. Əl-Curxumi Himyar padşahlarının İslamdanəvvəlki Azərbaycana yürüşlərindən, o zamanlar Azərbaycanda bu barədə daş barelyeflər üzərində yazıların qeyd edildiyindən bəhs edir. Xəlifə Müaviyə maraqlanaraq soruşur: “Uca Allahın adı ilə, Azərbaycan haqqında nə deyə bilərsiniz?”. Səyyah belə cavab verir: “Bura türk yurdudur. Onlar qədim zamanlardan orada cəmləşiblər...”.

    Başqa yerdə Müaviyə əl-Curhumidən soruşur: “Türklərin Azərbaycanla əlaqəsi nədir?”, səyyah ona belə deyir: “Bu torpaqlar onların vətənidir”.

    İbn Hişamın bu əsərinin orijinal əlyazmalarından biri Londonda Şərq və Afrikaşünaslıq Məktəbinin kitabxanasında saxlanılır. Həmçinin, bu əlyazmalar Şərqin müxtəlif ölkələrində dəfələrlə nəşr edilmişdir. Qeyd edək ki, İbn Hişamın Yəmən və Pakistanda nəşr olunmuş əsərlərinə istinad etdik.

    Ətraflı: https://azerbaijan-armenianquestion.blogspot.com/2016/01/113.html