Cənubi Koreyanın “Asiana hava yolları” şirkətinə məxsus sərnişin təyyarəsi uçuşda olarkən qapılarından biri açılıb.

Yonhap agentliyi xəbər verir ki, bu barədə Dequ şəhərinin hava limanı açıqlama yayıb. Hadisə nəticəsində 6 sərnişinin tənəffüs çətinliyi yaşadığı bildirilir.

Pilotlar təyyarəni qəzasız Dequ hava limanına endirə biliblər.
1 dəqiqədən az