Çeçenistanın rəhbərinə nə olub? VİDEO/FOTO
Ramzan Kadırov öz Telegram kanalında yeni görkəmini göstərib

Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında "Qroznıda dövlət binaları kompleksinin tikintisinin gedişi ilə tanış oldum" mövzusunda yeni VİDEO paylaşıb.
2 dəqiqəlik videoda Kadırovu cəmi 3-4 saniyə göstərirlər. Çeçenistan lideri arıqlayıb və olduğca passiv hərəkət edir. Ümumiyyətlə o xəstə təsiri bağışlayır, ona gğrə də təsfirlərin çoxu arxadan çəkilib.
Reportaj boyu ətrafdakılar aktiv söhbət etsələr də, Kadırov bir kəlmə belə kəsmir. Uzun uzadı çıxışları ilə fərqlənən Ramzan bu dəfə heç danışmır və baş verənlərə reaksiya vermir.
Maraqlıdır ki, avqusun ikisində Kadırov oğlu ilə bilyard oynayan yerdə VİDEO paylaşmışdı. Bu təsfirlər 2 gün öncə paylaşılsada Kadırovun görkəmində nəzərəçarpacaq dəyişikliklər baş verib.
Buna görə sosial şəbəkə istifadəçiləri sonuncu videoda Ramzan yox, onun oxşarının olmasından şübhələnirlər.
Xatırladaq ki, Kadırovun ağır xəstə olduğu haqda son 3-4 ildə şayiələr dolaşmaqdadı.
Keçən ayın sonunda Çeçenistan lideri Ramzan Kadırov Türkiyənin Bodrumdakı kurortunda dənizdə çimərkən az qala boğulacaqdı. VİDEO
Türkiyə mətbuatı xəbər verir ki, Kadırov sahil mühafizəsi əməkdaşları tərəfindən sahilə çıxarılaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Mətbuat onun vəziyyətinin həyatı üçün təhlükə yaratmadığını yazır.
Hadisə günorta saatlarında Kaynar rayonundakı beşulduzlu oteldə baş verib. Bildirilir ki, Ramzan Kadırov dənizə girib və qəfil boğulmağa başlayıb.