XƏBƏRLƏR / Qalmaqal

"Cənnətdə ərəbcə, cəhənnəmdə isə türkcə danışırlar"

Bunu İran dövlət mollası Əhməd Müctəhad Tehrani deyib

"Cənnətdə ərəbcə, cəhənnəmdə isə türkcə danışırlar"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Cəhənnəm əhlinin dili türkcədir” - iranlı molla deyir, - "Azad İran" Telegram kanalı yazır.

    İran dövlət mollası Əhməd Müctəhad Tehrani türklərlə bağlı açıqlamalarına görə qalmaqalın mərkəzində qalıb. O, çıxışı zamanı deyib: “Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəb dilidir”.

    Sonra əlavə edib:

    "Bir hədisimiz var: cəhənnəm sakinlərinin dili türkcədir. Yəni hansı milləti cəhənnəmə göndərsələr də, orada hamı yenə də türkcə danışır".

    Fars dilində harada danışıldığı haqda molla məlumat verməyib.