Çingiz Abdullayev dilə görə ona "ilişənlərə" cavab verdi
"Digər dillərdə yazılan ədəbiyyatı ləğv etmək lazımdır!"
Azərbaycanın məşhur yazıçısı Çingiz Abdullayev əsərlərini yalnız rusca yazdığına görə ona "ilişənlərə" özünün facebook səhibəsində cavab yazıb:
""Özgə” müəlliflərinin əsərlərinin hamısını ləğv etmək lazımdır. Nizamini ( fars dilində yazıb) tamamilə yığışdırmaq, Fizulinin əsərlərini aradan götürmək ( ərəb və fars dillərimdə yazdıqlarını, Azərbaycan dilində olanları saxlamaq olar), İsmayıl Bəy Qutqaşınlını da həmçinin (fransız dilində yazırdı). Rus dilində yazanları da ləğv edək: Çingiz Aytmatov, Oljas Suleymanov, Fazil İskəndər, İmran Qasımov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Ramiz Fətəliyev, Mənsur Vəkilov və təbii ki, Çingiz Abdullayevi.
Hər ehtimala qarşı bütün rus dilində təhsil almışların - Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı, Nəbi Xəzri, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Qabil, Anar, Yusif və Vaqif Səməd oğlu, Ramiz Rövşən, Kamal Abdulla, Elçin Hüseynbəyli və daha 43 müəllifin kitablarına da qadağa qoymaq lazımdır.
Təcili olaraq, Telman Çalyanın (Telman Qarabağlı yalnız Azərbaycan dilində yazırdı) və Aşot Saturyanın (Azərbaycan və erməni dillərində yazırdı) kitablarını nəşr etmət lazımdır!
P.S. Təbii ki, xalqın və ölkənin əsas dili Azərbaycan dilidir. Amma yazıçılarımız başqa dillərdə danışırsa, bu, mədəniyyətimizin, ölkəmizin palitrasını göstərir!".