19:37
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
60 kiloqram çəkidə mübarizə aparan idmançı qazaxıstanlı Şerzod Davlatovla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb, Əhməd Yusifov dünya çempionatında qızıl medal qazanıb.

Bu gün tatamiyə çıxan digər cüdoçular - Balabəy Ağayev, Könül Əliyeva və Şəfəq Həmidova isə mundialı medalsız başa vurublar.
***
16:07
Azərbaycan cüdoçusu Əhməd Yusifov Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
60 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub edib.

Ə. Yusifov bu gün finalda Şerzod Davlatovla (Qazaxıstan) qarşılaşacaq.
***
15:37
Bakıda keçirilən dünya cüdo üzrə dünya çempionatı davam edir.
Azərbaycan təmsilçisi Əhməd Yusifov yarımfinala vəsiqə qazanıb.
Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda rusiyalı Ayyub Bliyevi məğlub edib.

***
14:59
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rusiyalı Sabina Giliazovaya uduzub.
K.Əliyeva 1/16 finalda Çilidən olan Mari Di Varqas Leyi məğlub etmişdi.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
14:37
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.
Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək.
Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
14:07
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub.
B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
13:55
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib.
K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
13:27
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
12:42
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.
B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
12:20
Azərbaycan cüdoçusu Şəfəq Həmidova (48 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
O, 1/32 finalda madaqaskarlı cüdoçu Nataşa Razafindrakaloya uduzub.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
***
09:28
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Turnirin ilk günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxacaq.
Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə qarşılaşacaq.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə, Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) duelinin ən güclüsü ilə rəqabət aparacaq.

7 dəqiqə