"Dahilərin divanı": Nizami Gəncəvi
Ədəbiyyatın ən böyük romantik şairi Nizami Gəncəvi barədə veriliş 2009-cu ildə ANS TV-də çəkilib yayımlanıb
Nizami Gəncəvi təxminən 1141-ci ildə Gəncə, Eldənizlər dövlətində anadan olub. Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlərdə Şərqin ən böyük şairlərindən biri, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır.
Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki İranda, həm də Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Hindistan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Nizami Gəncəvinin doğum tarixi kimi vəfat tarixi də mübahisəlidir. Bioqroflar bir-biri ilə 37 il fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Dəqiq olan yeganə məlumat odur ki, şair XIII əsrdə vəfat edib.