Dələduz Ruben Vardanyanı "qozministir"likdən çıxarırlar
Bu "vəzifəyə" oyuncaq "Artsax"ın oyuncaq "prokuroru" Qurgen Nersisyan təyin olunacaq
Ermənistanın "MediaHab" saytının yazdığına görə, "Artsax prezidenti" Araik Arutyunyan fevralın 23-də öz müraciətində Ruben Vardanyanın "qozministir" vəzifəsindən azad edilməsi barədə məlumat verəcək.
Saytın əldə etdiyi məlumata görə, bu "vəzifəyə" "baş prokuror" Qurgen Nersisyan təyin olunacaq.
Sonuncu "MediaHub" ilə söhbətində bildirib ki, ona "qozministir" vəzifəsini tutmaq təklifi gəlib.
“Təklifi almışam, hələ qərar verməmişəm,"- Nersesyan deyib.