Dələduz Vardanyan indi də İrəvanın meri olmaq istəyir
Bu barədə Ermənistanın "Hraparak" qazeti yazır
"Hraparak" qazeti yazır ki, "Vardanyana yaxın mənbələrimiz onun komandasının Yerevanda qarşıdan gələn mer seçkilərinə ciddi hazırlaşdığını bildirib. Onlar təkcə adi seçkilər olmayacaq, həm də Ermənistanda müxalifətin liderliyi məsələsini həll edəcəklər. Görünən odur ki, Serj Sarkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi parlament müxalifəti 2021-ci il ümummilli seçkilərindən sonra öz siyasi kapitalını israf edib və çoxdan daxili siyasi sferada faktor olmaqdan çıxıb.
İstisna deyil ki, bunu nəzərə alan Ruben Vardanyan Ermənistan hakimiyyətləri ilə münasibətləri gərginləşdirməyib, manevr edə bilmək və ağlarla qaralar arasında mövqe tuta bilmək üçün özünü “qaralar” meydanında yerləşdirməyib. Vardanyanın ofisinin separatçı Bako Saakyana məxsus “Rossiya” restoran kompleksinin mərtəbələrindən birini tutması da onun siyasi ambisiyalarından xəbər verir.
Seçkilərdə Ruben Vardanyanın yaratdığı “Aprelu Yerkir” partiyasının ağsaqqallar şurasının siyahısına Mane Tandilyanın başçılıq edəcəyi artıq məlumdur, lakin bu qərarı dəyişdirmək üçün hələ vaxt var."