Ekvadorda güclü zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Ekvadorda 5,6 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri 276 min nəfər əhalisi olan Kuenka şəhərindən 30 km şimal-şərqdə yerləşib.
Yeraltı təkanlar yerin 91 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.