XƏBƏRLƏR / Təbiət

Türkiyə və Suriyada zəlzələ oldu

Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb

Türkiyə və Suriyada zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Adıyaman, Kahramanmaraş və Hatay vilayətlərində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb.

    Bildirilib ki, Adıyamanın Çelikhan, Kahramanmaraşın Türkoğlu və Hatayın Altınözü rayonlarında baş verən yeraltı təkanlar Rixter şkalası ilə müvafiq olaraq 4.6, 3.9, 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocaqları yerin 8.6, 7, 12.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

    Hataydakı zəlzələ Suriyanın Palmira, Humus regionunda da hiss olunub.