XƏBƏRLƏR / Təbiət

Kahramanmaraşda yenə zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

Kahramanmaraşda yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

    Bu barədə AFAD məlumat yayıb.

    Vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocağı yerin 6.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.