BLOQ

Ən böyük yalan ən Böyüyün adına deyilən yalandır

II yazı

Ən böyük yalan ən Böyüyün adına deyilən yalandır
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Beynimizdə 100 milyard neyron, 1 trilyondan çox neyron əlaqələri bərqərardır.

    Hər gün hiss orqanlarımızla (onların sayı 5 qeyd olunsa da, bundan artıqdır) minlərlə məlumat qəbul edirik. Bu oxuduğumuz kitablardan, eşitdiyimiz və dinlədiyimiz səslərdən, toxunuş yolu ilə əldə etdiyimiz məlumatlardan, qəbul etdiyimuz yeməklərin dadından və s. ibarətdir.

    Qəbul olunan məlumatların səbəb və cavablarının çox az hissəsini bilir, böyük əksəriyyətini isə nəinki bilmir, bir çox hallarda heç vaxt bilə bilmirik. Məsələn, ağzımızdan çıxan səsin qulağımızla eşitdiyimizi hansı sürətlə baş verdiyi barədə bəlkə də heç vaxt düşünməmişik. Ümumiyyətlə, bunu düşünərək edirikmi? Məsələn, biri bizdən soruşur: Acımısan? Bizim cavab dərhal ya müsbət olur, ya mənfi. Biz verilən sualdan sonra qarşı tərəfə "Dayan, bir düşünüm" demirik. Bəzi məsələlər barədə isə düşünərək cavab verməli oluruq. Məsələn, 32×6=? barədə.

    Bəzən verilən sual olduqca asan olsa da, heçvaxt cavabı barədə düşünməmişik. Məsələn, darağı ilk dəfə kim düzəldib? Bəzən verilən sualı ümumiyyətlə heç başa  düşmürük. Buraya müxtəlif sahələrdə müzakirə olunan akademik suallar aidrir. Bəzən verilən sualın cavabını yalnız ilkin mütaliə ilə veririk. Məsələn, Amazon çayı neçə kilometrdir?

    Bəzən verilən suala məntiqi işə salmaqla məlumatsız da cavab verə bilirik. Buna bir çox hallarda əvvəlki təcrübələrimiz kömək edir. Bəzən heç vaxt bilinməyən və heç vaxt bilinməyəcək mövzular barədə sual verilir. Məsələn, ruhlar barədə. Bir halda ki, Allah ruhun mahiyyəti, qiyamətin zamanı barədə peyğəmbərlərinə belə məlumat verməyib. Amma nədənsə biz bunu bilə-bilə yenə suallara cavab axtarııq. Bir halda ki, bu sualların cavabları bizə heç nə vermir.

    Darağın ilk dəfə kim tərəfindən düzəldiyini bilsək də, bilməsək də, daraqdan həmişəki kimi istifadə edəcəyik. Amma yağışın hansı səbəbdən yağmadığını və bunun nəticəsində quraqlığın təsirlərini nəzərə alaraq, bunu öyrənmək məcburiyyətindəyik.

    Quran "düşünmə"  barədə söz açdıqda bunu feil, yəni hərəkət olaraq vurğulayır. Bu da o deməkdir ki, əgər düşünülən həyata keçmirsə, heç bir müsbət nəticə gözləmək lazım deyil. Ələ təsbeh alıb gün ərzində Peyğəmbərə 1000 dəfə salavat göndərib salavatı feil olaraq yaşamayacaqlarsa, o zikirdən heç nə gözləməsinlər. Çünki salavat, sadəcə, "Allahın Muhəmmət və ailəsinə salam və salavat göndər" deməkdən ibarət deyil. Salavat dəstək, kömək anlamına gəldiyindən bu zikri dəfələrlə təkrar edən şəxs öz bacardığı qədər dinə dəstək olmaldır, yəni Allah qarşısındaki vəzifəsini yerinə yetirib onu yaşamalıdır. Bu olur salavatın yaşanması.

    Quranın düşünmə mövzusunda tutduğu mövqe aşkar və dəyişməzdir. O bilənlərlə bilməyənləri bir tutmur və bəzi yerlərdə bilənləri görənə, bilməyənləri korlara bənzədir. Əlbəttə, burada bilməyən (kor) dedikdə, məlumatsız insanlar deyil, beynini işlətməyənlər nəzərdə tutur. Bunun üçün də beynini işlətməyənlərlə beyinlərini işlətməyənləri işlədənlər kəskin şəkildə tənqid olunurlar.

    Quran sual-cavab qapıları taybatay açıq qoyulur. İbrahim Allahdan ölülərin necə diriləcəyini soruşur, Firon kimi Allahlıq iddiasında olanlara dövrünün peyğəmbərinə təkallahlıq barədə suallar verir və.s. Bəzi ayələrdə Peyğəmbərə "Səndən cihad barədə"-"Səndən dağlar barədə"-"Səndən aybaşı qadınlar "- barədə soruşacaqlar.... kimi ayələr nazil olur və dərhal növbəti ayədə "Onlara de...." əmri verilir. Məgər ərəb dağın nə olduğunu bilmirdimi? Bilirdi, amma biımədikləri çox şeylər var idi.

    (Ardı var)