Ərdoğan 2028-ci ildə yenə Prezidentliyə namizəd olacaq
"Reuters" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz xəbər verib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz prezident seçkilərinin 2028-ci ildə keçiriləcəyini, lakin onların planlaşdırılandan bir və ya iki ay tez keçirilə biləcəyini deyib - Reuters.
O, əlavə edib ki, hakim alyans artıq Rəcəb Tayib Ərdoğanın növbəti prezidentlik müddətinə namizədliyi ilə bağlı konsensusa gəlib.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə Ərdoğan yalnız növbədənkənar seçkilərdə iştirak edə bilər, cünki onun prezidentlik limiti artıq bitib.
1 dəqiqədən az