Ərdoğan iyulun 6-da Şuşaya gəlir
Həmin tarixdə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Şuşaya səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı Ərdoğanın administrasiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, səfər iyulun 6-da baş tutacaq. Onun Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Ankaraya son səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.