Ərdoğan Merih Dəmiralla bağlı qalmaqala münasibət bildirdi
Milli yığmanın futbolçusu barədə Türkiyə Prezidenti Astanadan qayıdarkən təyyarədə açıqlama verib
Müxbir: Milli komandamızın futbolçusu Merih Dəmiralın 1/4 final matçında etdiyi boz qurd işarəsi çox danışıldı. Bu barədə nə demək istəyirsiniz?
Rəcəb Tayyib Ərdoğan: Kimsə deyir ki, almanların formalarında qartal var? Kimsə durub deyir ki, “fransızların maykasında xoruz var, niyə xoruz geyinirsən?”. Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır. Ümid edirəm ki, hər şey şənbə gününə aiddir. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar verdik.