XƏBƏRLƏR / Qalmaqal

Paşınyanın Avazadan yaydığı video qalmaqala səbəb olub VİDEO

Ənənəvi "Sabahınız xeyir!" videosunun fonunda Azərbaycan mahnısı səslənib

Paşınyanın Avazadan yaydığı video qalmaqala səbəb olub VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu səhər Baş nazir Paşinyan Türkmənbaşıda velosiped gəzintisindən sonra ona xoş səhər arzulayan video paylaşıb və fonda  Azərbaycan dilində musiqisi səslənib. Azərbaycanofob cəimyyətdə bu böyük qalmaqal və etirazlara səbəb olub.

    Məsələyə hətta Baş nazirin mətbuat katibi Melaniya Harutyun rəsmi şəkildə aydınlıq gətirməyə məcbur olub.

    Araratnews-un sualına cavab olaraq Melaniya Harutyunyan VİDEOdakı musiqinin fəvvarələrdən gəldiyini və fəvvarənin öz musiqisi olduğunu aydınlaşdırıb.

    "Video səhər saat 5:30-da çəkilib və beləliklə, fəvvarələr işlədiyi və musiqi ilə müşayiət olunduğu üçün Baş nazirin diqqətini cəlb edib".