Ərdoğan Qazaxıstandadır BİRBAŞA
YENİLƏNİB
13:41
Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı keçirilib.
***
13:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün gəldiyi Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Təkbətək görüşdən sonra Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasına sədrlik edəcək.
Ərdoğan və Tokayev həmçinin ikitərəfli müqavilələrin imzalanma mərasimində və birgə mətbuat konfransında iştirak edəcəklər.
Mərasimdə xarici işlər naziri Hakan Fidan, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün, Prezidentin Xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və AK Partiyasının sədr müavinləri də iştirak ediblər.