XƏBƏRLƏR / Qonşular

Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul edib YENİLƏNİB

Məlumatı "TRT Haber" yayıb

Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:09

    Prezident Kompleksində “Terrorsuz Türkiyə” prosesinin yol xəritəsi ilə bağlı mühüm toplantı keçirilir.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndər ilə görüşüb.

    Qəbulda AK Partiya sədrinin müavini Efkan Ala və MİT rəhbəri İbrahim Kalın da iştirak edir.

    ***

    11:59


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşən DEM partiya heyətini qəbul edəcək.

    Görüş saat 13:30-da (Bakı vaxtı ilə saat 14:30) başlayacaq.

    Bu barədə Türkiyə Prezidentinin rəsmi saytında xəbər verilib.

    ***

    09 aprel 2025-ci il

    14:50


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşən DEM partiya heyətini qəbul edəcək.

    Ərdoğan DEM partiya heyətini sabah qəbul edəcəyini bildirib.

    Türkiyə Prezidenti qeyd edib ki, terrorsuz Türkiyə hədəfini təsdiq edəcəklər.