Erməni arxiyepiskop M.Acapaxyan 2 aylıq həbs edildi
Bu barədə Ermənistan KİV-i yazır YENİLƏNİB

14:07
Ermənistanın Apostol kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyana qarşı işin açılmasının əsaslarından biri onun hakimiyyətin devrilməsinə çağırışları olub.
Bu barədə Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir.
"M.Acapaxyan iyunun 21-də mediaya verdiyi müsahibədə 2024-cü ilin fevralında etdiyi əvvəlki bəyanatlarını təsdiqləyib. O bəyanatında bildirib ki, yüksək rütbəli hərbçilərin, eləcə də güc strukturlarının köməyi ilə çevriliş həyata keçirmək və hakimiyyəti dəyişmək lazımdır", - qurumdan vurğulanıb.
Prokurorluq, həmçinin qeyd edib ki, M.Acapaxyan çağırışlarını qəsdən və dəfələrlə səsləndirib.
***
08:47
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan iki ay müddətinə həbs edilib.
Onun ünsiyyəti məhduddur və ona yalnız qohumları ilə ünsiyyətə icazə verilir.
Bu, son iki gündə həbs edilən ikinci arxiyepiskopdur. Ondan əvvəl yepiskop Baqrat Qalstanyan da həbs edilib.