XƏBƏRLƏR / İctimaiyyət

Ermənilər tezliklə Azərbaycana səfər edəcəklər

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib

Ermənilər tezliklə Azərbaycana səfər edəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri tezliklə Azərbaycana səfər edəcəklər.

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan bunu Brüsseldə keçirilən konfransda açıqlayıb.

    O, xatırladıb ki, 21-22 oktyabr tarixlərində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün ilk dəfə Ermənistana səfər edib. İndi Ermənistan tərəfindən də oxşar səfər gözlənilir.

    "Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin yaxın gələcəkdə Azərbaycana cavab səfəri gözlənilir.

    Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakından əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib.

    Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı etimad və anlaşmanın möhkəmləndirilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün təşviqinə töhfə verəcək."