Ermənipərəst Qərbin ikili standartlarının bariz nümunəsi
Nyu-Yorkda Ukraynada ölən rus əsgərlərinin ayaqqabılarının sərgisi açılıb
Nyu-Yorkda Ukraynada ölən rus əsgərlərinin ayaqqabılarının sərgisi açılıb. Qərb mediası bu hadisəni həvəslə təsvir edir.
44 günlük müharibədən sonra Bakının qənimət kimi götürdüyü düşmən texnikasının muzeyini təşkil etdiyi hərbi Qənimətlər Parkına görə Azərbaycanı kəskin tənqid edən Qərb mediası vay-şüvən salmışdı...
Özü də nümayış etdirilən hərbi texnika idi, ölü insanların paltarları və qanlı əşyaları yox.
Məsələn, Britaniyanın “The Guardian” qəzeti ekspozisiyanı həvəslə “öldürülmüş rus işğalçılarının ayaqqabıları” sərgisi kimi qələmə verib. XXI əsrdə belə bir şeyin mümkün olduğunu təsəvvür etmək çətindir, amma...
44 günlük müharibədən sonra Azərbaycana ultimatum verildi və Qənimət Parkının yaradılmasının “erməni ictimaiyyətinin psixikasına pis təsir etdiyini” bildirdilər. Fransa, İtaliya, Amerika mediası bu hadisəni guya Azərbaycan tərəfinin “qeyri-insani” addımı kimi təqdim etdi.
Ancaq burada ölü insanların çəkmələri var, bəzilərində qan izləri hələ də aydın görünür. Bəs bu Qərbi həyəcanlandırmır? Buna icazə verilirmi? İnsanlıqdandırmı? Sonra da ikili standartları inkar edirlər...