Ermənistan-İran: kökə və qamçı
"Zvartnos" və digər oxşar sərhəd keçid məntəqələri İran üçün həm də gizli, nəzarətsiz qapılardır
Ermənistanın sərhəd keçid məntəqələrində pasport nəzarəti tam şəkildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin iti caynaqlarındadır.
Rusiya ilə buynuzlaşan Paşinyan indi bu caynaqları azca aralamaq istəyini sərgilədi.
Bu xəbər indi bütün dünya informatsiya kanallarında ilk abzasdadır:
"Ermənistan pasport nəzarətini Rusiyadan alır!".
Zərbə ilk olaraq İrana, sonra ancaq sonra Rusiyaya hədəflənib.
Axı "Zvartnos" və digər oxşar sərhəd keçid məntəqələri İran üçün həm də gizli, nəzarətsiz qapılardır.
Nəzarətin "İvandan İrəvana keçməsi" ilk növbədə gizli İran trafikinə ilk sualtı, sərhədaltı zərbədir. Özü də xəbərdarlıq Ermənistan müdafiə nazirinin Tehran səfəri ərəfəsində yayılıb.
Yəni İrəvan təkcə "İvana" yox... iranlılara da qara əlcək atır. Həm yağlı kökəsini göstərir, həm qamçısını.
Səbəb, sözsüz, Zəngəzur dəhlizindəki pat vəziyyətdir. Sünük vilayətini axı hələ də rəsmi İrəvan yox... "Daşnaksütun"la Tehran, "Sepah" idarə edir.
Paşinyan bu idarəetmə mexanizmini redəktə edəcək.
Kiminlə?
Bizimlə?
Yaxşı sualdır.
Cavabını ancaq pıçıldamaq olar.