Ermənistan müxalifəti hakimiyyəti zorla ələ keçirmək istəyib
Ermənistan Respublikası İstintaq Komitəsinin bu barədə bəyanat yayıb FOTO/YENILƏNİB

16:40
Ermənistan İstintaq Komitəsi “hakimiyyəti ələ keçirməyə cəhd” işi çərçivəsində 14 nəfərin saxlanıldığını açıqlayıb.
Səhər saatlarından etibarən 90-dan çox axtarış aparılıb, axtarış zamanı silah və sursat aşkarlanıb.
***
10:28
Ermənistan Respublikası İstintaq Komitəsinin bəyanatı:
“Müqəddəs mübarizə” adlanan hərəkatın iştirakçıları və rəhbərləri Ermənistan Respublikasında terror aktları və Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar keçirməyi planlaşdırıblar."
Hazırda Daşnaksütyun partiyasının fəallarının və bəzi parlament deputatlarının evlərində və ofislərində axtarışlar aparılır.
Polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Srbazanın evində də axtarış aparırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan buna "Facebook" səhifəsində münasibət bildirib:
"Hüquq-mühafizə orqanları “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə həyata keçirdikləri irimiqyaslı və çirkin planın qarşısını alıb".