Ermənistan sürətlə hücum silahları əldə edir
Hindistandan 78 ədəd yedəkli artilleriya qurğusu ATAGS-ın alınması ilə bağlı danışıqlar aparılır
Ermənistan Hindistandan 78 ədəd yedəkli artilleriya qurğusu ATAGS-ın alınması ilə bağlı danışıqlar aparır. Bu barədə Hindistan Müdafiə Araşdırma Qanadı (IDRW) yazır.
“Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir.
Altı haubitsadan ibarət ilk partiya Ermənistanda, o cümlədən yüksək dağlıq və düzənliklərdə geniş sınaqdan keçirilib.
Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqlədi, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.
Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini birləşdirməyə sadiqdir. Artıq sistemə daxil edilmiş diqqətəlayiq xüsusiyyətlər arasında silahın işini asanlaşdıran erməni dilində interfeys də var”, - nəşr yazır.