Ermənistan və Türkiyə nümayəndələri sərhəddə görüşə bilər
İyulun 2-nə planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur
Ermənistan və Türkiyə nümayəndələri iyulun 2-də görüş keçirəcəklər.
Bu barədə “news.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Görüşün Ermənistan-Türkiyə sərhədində, “Marqara” keçid məntəqəsinin ərazisində planlaşdırıldığı bildirilib.
Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, iyunun 11-də Ermənistan Respublikasının parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan demişdi ki, “uzun müddətdir rəsmi görüş olmayıb, amma Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün baş tutacağına dair razılığa gəldik və hələlik yerlə bağlı razılaşmamız yoxdur”. Rubinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.
Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.