Ermənistan xüsusi xidmətinin direktoru Bakıya gəlir
Andranik Simonyan "3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, forum sentyabrın 19-dan 21-nə qədər baş tutacaq.
1 dəqiqədən az