XƏBƏRLƏR / Həyat Tərzi

Ermənistanın eks-maliyyə naziri məhkəməyə xərəkdə aparılıb

Qaqik Xaçatryana qarşı həbs qətimkan tədbiri seçiləndən sonra o, dərhal özünü ağır xəstəliyə vurub FOTO / VİDEO

Ermənistanın eks-maliyyə naziri məhkəməyə xərəkdə aparılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryan onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məlumat verib.

    Məhkəməyə qədər həbs qətimkan tədbiri barədə vəsatət səhər tezdən təmin edilib və dinləmə gecə boyu davam edib.

    Qaqik Xaçatryanın dünən, 1 sentyabrda saxlanıldığını bildirmişdi. O, məhkəməyə qədər həbs qətimkan tədbiri üçün xərəkdə aparılıb.

    Xaçatryan ağır xəstəlikdən əziyyət çəkdiyini desə də, həkim müayinəsindən keçməkdən imtina edib. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun təqdim etdiyi həkim arayışlarına şübhə ilə yanaşıb.

    Daha sonra onun məhkəməyə aparılmasının görüntüləri yayılıb.

    VİDEO

    İstintaq Komitəsi bildirib ki, xüsusilə böyük miqyasda rüşvətxorluq və xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ilə bağlı açılan cinayət işi çərçivəsində Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Q.X.-nin, onun oğlunun mənzillərində və onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında təcili istintaq və prosessual tədbirlər həyata keçirilib.