Fransa küçələrində zirehli maşınlar görünür
Bu barədə Fransa KİV-ləri xəbər yayıb
Fransa hakimiyyəti şəhərdəki iğtişaşları yatırmaq üçün iki zirehli transportyoru Marselə göndərib.
Hüquq-mühafizə orqanlarının hərəkətlərini əlaqələndirmək üçün Marselə helikopter də göndərilir. Polis şəhərdə 95 nəfərin saxlanıldığını bildirib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, ötən gecə olduğu kimi bu gecə də ölkədə 45 min polis və jandarm vəzifəsini yerinə yetirəcək.