BLOQ

Fransanı yenidən qovdular

"Observer Online" Parisin diplomatik uğursuzluqlarına həsr olunmuş məqalə dərc edib

Fransanı yenidən qovdular
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ölkələrin suveren hüquqlarına hörmət etmədən öz səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət orqanları növbəti dəfə ölkənin nüfuzuna xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.

    2023-cü ilin dekabrında Fransa səfirliyinin kəşfiyyatçıları Azərbaycanın təhlükəsizlik orqanında araşdırılan cinayət işi ilə bağlı “persona non qrata” elan olunaraq Parisə göndərildikdən sonra bir sıra dövlətlər, eləcə də Burkina-Faso bu təcrübəni böyük məmnuniyyətlə izlədi.

    Burkina-Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız "diplomatı" təxribatçı fəaliyyətlərinə görə "persona-non-qrata" elan edərək, ölkədən qovulmasını təmin edib. Ölkələrdən qovulan diplomatların sayına görə Fransadan başqa ölkə yoxdur və hadisələrin gedişi Parisin öz rekordunu qıracağını deməyə əsas verir.

    "Observer Online" bu eksklüziv sənədi hörmətli oxucuları ilə bölüşür:

    18 aprel 2024-cü ildə "France 24" kanalı rəsmi Parisin diplomatların ölkədən çıxarılmasını əsassız hesab etdiyini bildirir.

    “Burkina-Faso rəsmilərinin verdiyi bu qərarın heç bir hüquqi əsası yox idi, biz yalnız təəssüf hissi keçiririk”, - Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine bildirib.

    Eyni zamanda, tarix boyu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən Yeni Kaledoniyanın nümayəndələri də hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdırlar.

    "Bu sənəd həm də Yeni Kaledoniya üçün "yol xəritəsi"dir. Bu baxımdan, Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı təcavüzkar siyasətinin qarşısının alınmasına töhfə verməsini arzulayırıq". Yeni Kaledoniya Konqresinin komitəsi Omayra Naisseline 2024-cü il aprelin 18-də Azərbaycan Parlamentində çıxışında deyib.

    Fransa Respublikasının xaricdəki səfirləri arasında Emanuel Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə diplomat - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə bu hadisələri Parisdən izləyir.