BLOQ

Karapetyan Qarabağda antiterror əməliyyatına haqq qazandırdı

Keçmiş Ermənistan hərbi kəşfiyyatının rəisi və müdafiə naziri Arşak Karapetyan sükutu pozdu

Karapetyan Qarabağda antiterror əməliyyatına haqq qazandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan hərbi kəşfiyyatının keçmiş rəisi və Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan ilk dəfə olaraq Qarabağdakı erməni separatçıları rejiminin hərbi silah-sürsatla doldurulması barədə bu qədər açıq danışıb – onun sözlərinə görə, qondarma “DQR Müdafiə Ordusu” (de-fakto və de-yure - Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki ordu korpusu) ümumilikdə 5 milyard dollar dəyərində silah və hərbi texnika tədarük edilib.

    Karapetyanın “İzvestiya”ya verdiyi müsahibədən dəqiq sitatı budur: “Təkcə Artsax-Qarabağda silah-sursat 5 milyard dollar dəyərində idi, məsələn, orada tank və artilleriya alayları var idi, bütün texnika döyüşə hazır vəziyyətdə idi, ekipajlar təlim keçmişdi. Bütün bunları şəxsən mən yoxlamışam”.

    Məbləğ, əlbəttə ki, heyrətamizdir, lakin general Karapetyanın əvvəlki statusu və məlumatlılığı bizi onun təxminlərini təsdiqlənmiş məlumat kimi qəbul etməyə məcbur edir.

    Beləliklə, Arşak Karapetyan Azərbaycanın 2023-cü ilin sentyabrında apardığı və separatçı administrasiyanın özünü ləğv etməsinə səbəb olan antiterror əməliyyatının legitimliyini və əsaslılığını tanıyıb.