Fransanın Ermənistandakı səfiri Zəngəzura gəldi
Səfir bu barədə "X" platformasında məlumat paylaşıb
Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekoti Azərbaycanla sərhədə gəlib.
O, Zəngəzur bölgəsində yerli rəsmilərlə görüş keçirib.
Yerli vilayət rəhbəri bölgənin Fransa səfirliyi və müxtəlif Fransa strukturları ilə əməkdaşlığını vurğulayıb.
Görüş zamanı əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, səfir "Syunik" hava limanına da baş çəkib.